40 manat rüsum müzakirələrə səbəb oldu:

Səhiyyə müəssisələri tərəfindən verilən tibbi arayışın rüsumu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, arayış üçün tələb olunan məbləğin, yəni 40 manatın kifayət qədər yüksək olduğu deyilir. Hətta bununla bağlı "Xəbər Ertəsi"nin qaynar xəttinə də müraciətlər edilib. Sorğu apardığımız vətəndaşların bir çoxunun fikrincə, sözügedən rüsum azaldılmalıdır.

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirir ki, tibbi arayışda göstərilən müayinələr icbari tibbi sığortanın xidmətlər zərfinə aid deyil və yalnız bəzi hallarda bu sənəd vətəndaşlara ödənişsiz verilir.

Millət vəkili Müşfiq Məmmədli də deyir ki, tibbi arayış sığorta hadisəsi hesab olunmadığı üçün vətəndaş tərəfindən qarşılanır. Bu arayışın məbləği isə qanunvericilikdə əksini tapmayıb.

Müşfiq Məmmədli bildirir ki, xarici təcrübədə də bu tip arayışlar ödənişlidir. Millət vəkilinin fikrincə, tibb müəssisələri və səlahiyyətli orqanların maddi-texniki imkanları artdıqca sağlamlıq arayışının rüsumunun məbləğinin azaldılması istiqamətində də addımlar atıla bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR