Rusiya klubu onlara həvalə edildi

Rusiya "Ximki"sinin əvəzedici komandasının baş məşqçisi Nazim Süleymanovun köməkçisi müəyyənləşib.

Metbuat.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Emin Ağayev təyin edilib. Millimizin sabiq üzvü bundan əvvəl klubun U-19 komandasında N.Süleymanovun köməkçisi olmuşdu.

Qeyd edək ki, milli komandamızın sabiq kapitanı olan N.Süleymanov bu ay "Ximki"nin əvəedici komandasının baş məşqçisi seçilib. O, bundan əvvəl klubun U-19 komandasını çalışdırırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR