Bakı, 2 iyun, AZƏRTAC
Ölkə çempionatının 2014/2015-ci il mövsümünün bürünc medallarını qazanan “Neftçi” futbol klubunun əvəzedici heyətinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunmuş tədbirdə komandanın üzvlərinə bürünc medallar təqdim edilib.
Samir Əliyevin baş məşqçisi olduğu əvəzedicilər çempionatda keçirdiyi son 15 oyunun hamısında xal qazanıb. Yanvarın 30-dan sonra keçirdiyi heç bir matçda məğlub olmayan komanda 7-ci pillədən mükafatçılar sırasınadək yüksələ bilib. Bununla yanaşı, qış fasiləsindən sonra komandanın iki futbolçusu – Rahil Məmmədov və Mirabdulla Abbasov əsas heyətə cəlb olunub.