Koronavirusla mübarizədə 2 milyon manata yaxın müddətli əlavə ödənilib

Azərbaycan Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2022-ci il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq may-dekabr ayları üzrə təxminən 1.7 milyon manatdan artıq yaxın, qeyri-tibb işçilərinə isə 233 min manata yaxın müddətli əlavə ödənilib.

Bu barədə Metbuat.az-a Agentlikdən məlumat verilib.

Dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq dekabr ayı üzrə müddətli əlavənin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2023-cü il martın 1-dək uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR