Köhnə ayaqqabıları zəlzələ bölgəsinə göndərən ailə həqiqəti biləndə şok oldu -

Trabzonda yaşayan Akyasan ailəsi Kahramanmaraşda baş verən zəlzələlərdən sonra köhnə əşyaları yığaraq fəlakət bölgəsinə göndərib.

Metbuat.az xəbər verir ki, onlar səhvən içi qızıllarla dolu ayaqqabını da fəlakət bölgəsinə göndərib. Ailə bundan 4 gün sonra xəbər tutub. Bildirilir ki, oğlan qızılları anasına verib. Anası isə onları saxlamaq üçün köhnə ayaqqabının içində gizlədib. Ayaqqabılar göndəriləndən 4 gün sonra oğul qızılları axtaranda məsələnin üstü açılıb. Oğlan bu ayaqqabının da zəlzələ bölgəsinə göndərilən çantaya qoyulduğunu anlayıb.

Qızılların izinə düşən ailə bir nəticə əldə edə bilməsə də, səylərini davam etdirir. Ailə üzvləri bildirir ki, onlar qızılları oğlanın toyu üçün saxlayıbmış.Yardım toplama mərkəzinə gedərək vəziyyəti izah edən Akyasan ailəsi, yardım materialları ilə dolu yük maşınının Qaziantepin İslahiye mahalına getdiyini öyrənib. Lakin qızılı tapmaq mümkün olmayıb. Ailə məsələ barədə polisə məlumat verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR