Qurban Qurbanov buna görə dünyada 5-ci yerdədir

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünyada ən uzun müddət bir klubda çalışan 5-ci mütəxəssisdir.

Metbuat.az xəbər verir ki, 51 yaşlı məşqçi 15 ildir Ağdam klubuna rəhbərlik etməklə buna nail olub.

Ondan əvvəlki 4 həmkarı isə cənubi afrikalı 40 illik eyni klubda baş məşqçiliyi ilə Como Sono, 25 illə Brent Peters, 18 illə şimali irlandiyalı Stefen Bakster və 16 illə almaniyalı Frank Şmidtdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR