Bakıda müavin olan şəxs Naxçıvanda

Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis mayoru Siyafər Elçin oğlu Cəfərliyə Şahbuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinin icrası həvalə olunub. Bu gün Naxçıvan MR daxili işlər naziri Süleyman Nemətov Siyafər Cəfərlini şöbədə təqdim edib.

Siyafər Cəfərli indiyə qədər Bakının Suraxanı rayonu Polis Şöbəsinin 33-cü polis bölməsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Şahbuz Polis Şöbəsinin rəisi Bahadur Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR