Netflix qiymətləri endirdi -

Yayım platforması Netflix 30-dan çox ölkədə qiymətləri endirib.

Metbuat.az xəbər verir ki, Neftlix daha çox abunəçi cəlb etmək üçün belə qərar qəbul edib. Məlumata görə, qiymət endirimi Asiyanın, Avropanın, Latın Amerikasının, Afrikanın və və Yaxın Şərqin bəzi ölkələrini əhatə edir.

Abunə haqqının aşağı salındığı ölkələrə Malayziya, İndoneziya, Tailand, Filippin, Xorvatiya, Venesuela, Keniya və İran da daxildir. Məlumata görə, bəzi hallarda abunə pulu 50 faiz endirilib. Həmin ölkələr arasında Azərbaycanın adına rast gəlinməyib.

"Üzvlərimizin təcrübəsini təkmilləşdirmək üçün həmişə araşdırma aparırıq. Bəzi ölkələrdə qiymətləri yenilədiyimizi təsdiqləyə bilərik" - deyə Neftlix şirkətindən açıqlama verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR