Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru" HƏBS EDİLDİ -

"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb. Məlumata görə, o, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib.

Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

İş "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) dəstəsinin tərkibində olan azərbaycanlılar Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlindən gedir. Bu, 2009-cu il mayın 15-də baş verib. Hücumçular qurbanları BMW X5 markalı avtomobildə TT tapançası və Kalaşnikov avtomatından güllələyiblər.

İttihamda deyilir ki, hücuma Moskvanın meyvə-tərəvəz bazarı səbəb olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR