Elgizin proqramında mübahisə -

ARB TV-də yayımlanan “Elgizlə izlə” proqramında mübahisə yaranıb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, proqramın aparıcıları Pərvanə Tahirqızı, Elgiz Əkbər və ekspert Lalə Mustafayevanın sözləri çəp gəlib. Onlar arasında mübahisəyə səbəb verilişə dəvət olunan qadınların durumu olub. Belə ki, M. Lalə ruhi problemi olan qadınlara “Pozitiv olun, müsbət enerjili olun, siz onun əlindən tutaraq daha da onu yazıq kimi göstərirsiniz” desə də, Pərvanə onun bu fikirləri ilə razılaşmayıb. O bildirib ki, qadınlara psixoloji kömək lazımdır, onları qınamaq yox, dəstək olmaq mütləqdir.

Pərvanənin “Siz yəqin dəstək almısınız. Maraqlıdır, kimdən almısınız?” sözləri isə Laləni özündən çıxarıb:

“Özüm özümə dəstək vermişəm. Psixoloqa ehtiyacım yoxdur. Qadın və kişinin işi olmayanda, acqarına yaşamaq olmur. Dərmana da, yeməyə də pul lazımdır”, deyə, Lalə söyləyib.

Tahirqızının “Dava etmək mənlik deyil. Sözləriniz mənə qəribə gəldi ki, ekspertlərə nə olub? Ən hörmətli insanlardır. Mənə söz atırsınızsa, “daydayım”, “tapşıranım” yoxdur. Ali təhsil almışam, əziyyətlə gəlib bu yerə çatmışam” sözlərinə isə Lalə “Mənim işim olsaydı, gəlib burada ekspert kimi oturub biabır olmazdım” cavabını verib.

Aparıcı Elgiz Əkbər isə bu sözlərə əsəbiləşib:

“Başa düşmədim, siz burada biabır olursunuz? Hər adam bu verilişə düşə bilməz. Yoldankeçən bu verilişdə ola bilməz. Siz gedin fəxr edin ki, sizi ekspert kimi bu verilişdə əyləşdirib, söz verirəm. Ekspert olmaq hər adama nəsib olan xoşbəxtlik deyil”.

Pərvanə isə “Hər aparıcının öz dövrü var. Siz olanda mən olmamışam. Mən varam, siz yoxsunuz. Nədənsə, qəbul etmirlər. Bu yer mənimdir, istədiyim vaxt qalxacağam” deyə, söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR