Əli Ömərov insult keçirtdi -

Sabiq baş prokuror Əli Ömərov insult keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Globalinfo.az-a o özü məlumat verib.

“Həkimlər deyir, bir müddət stressdən, həyəcandan uzaq olum. Əsas da mətbuata danışmamaq tövsiyə edilir. İnsult keçirmişəm, ona görə də danışa bilmirəm. Həkimlər icazə vermir”, – o bildirib.

Xatırladaq ki, Əli Ömərov 1993-94-cü illərdə respublikanın baş prokuroru vəzifəsində çalışıb. Onun istefa verməsinə səbəb OMON-un rəhbəri Rövşən Cavadovun qardaşı, Xətai rayonunun sabiq prokuroru Mahir Cavadovla konflikt olub. Belə ki, 1994-cü ilin oktyabr ayında M.Cavadov baş prokurorluğun binasına avtomatla hücum edərək Ə.Ömərovu döyüb. Bundan sonra ölkədə yaşanan siyasi böhran fonunda Ə.Ömərov istefa verməli olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR