Naxçıvanın 2024-cü il üçün Yol Xəritəsi təqdim olunacaq

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə əlaqələndirmə qrupunun 2024-cü il üçün Yol Xəritəsi təqdim olunacaq.

Metbuat.az xəbər verir ki, Yol Xəritəsi mayın 14-də əlaqələndirmə qrupunun iclasında təqdim ediləcək.

İclasda dövlət proqramının icrası çərçivəsində təşəbbüs olunan yeni layihələrin və təkliflərin komissiyanın aidiyyəti işçi qruplarının iclaslarında müzakirəyə çıxarılması və özəl sektor tərəfindən həmin layihələrə dəstəkləyici tövsiyələrin təqdim olunması mexanizminin təqdimatının keçirilməsi nəzərdə tutulur.

İclasda, həmçinin Dövlət Proqramı üzrə monitorinq və qiymətləndirmə sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı