​Kosovo ilə danışıqlar davam etdiriləcək, lakin Kosovonu tanımayacağıq - Aleksandr Vuçiç

“Kosovo ilə danışıqlar davam etdiriləcək, lakin Kosovonu tanımayacağıq”.

Metbuat.az xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç belə açıqlama verib. O Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin vasitəçiliyi ilə Kosovonun Baş naziri Albin Kurti ilə görüşdüyünü ifadə edib. Görüş barədə danışan Vuçiç qeyd edib ki, ölkəsi Fransa-Almaniya planı kimi tanınan təklifi müzakirə etməyə hazırdır.

“Brüsseldə görüş oldu, razılaşa bilmədik, danışdıq, danışıqları davam etdirəcəyik və daha çox danışıqlar olacaq. Kosovonu tanımayacağıq və Kosovonun Birləşmiş Millətlər Təşkilatına daxil olmasını qəbul etməyəcəyik. Kosovo ilə əlaqələrin normallaşması üçün çalışırıq və sülh içində yaşamaq istəyirik” - Vuçiç bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR