Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə doğum günü münasibətilə təbrik mesajı göndərib.
Metbuat.az xəbər verir ki, Kim Çen In Rusiyanın suverenliyini, təhlükəsizlik maraqlarını və ərazi bütövlüyünü müdafiə etmək üçün apardığı mübarizənin qələbə ilə başa çatacağına inandığını qeyd edib. O, Rusiyaya və rus xalqına sarsılmaz dəstəyini ifadə edərək, Moskva ilə strateji tərəfdaşlığın genişləndirilməsinin Şimali Koreyanın dəyişməz siyasəti olduğunu vurğulayıb. Kim Çen In həmçinin Putinlə dostluq münasibətlərindən və iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib.