ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.

Metbuat.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Ondan Putinlə artıq əlaqə saxlayıb-saxlamadığı soruşulub.

“Bu gün onunla danışmağı planlaşdırıram. Bu gün Putinin doğum günüdür. Əminəm ki, siz onu təbrik edib-etməyəcəyimi soruşacaqsınız”, – deyə Tramp bildirib.