ABŞ-nin İran müharibəsində itkiləri ilə bağlı yeni hesabat açıqlanıb.

Metbuat.az xəbər verir ki, ABŞ Konqresinin Araşdırma Xidmətinin (CRS) hesabatına görə, müharibənin Vaşinqtona ümumi maliyyəti 43,6 milyard dollara çatıb. Bildirilir ki, bunun 28,1 milyard dolları istifadə olunan silah və sursatların payına düşüb. Məlumata görə, ABŞ 81 hərbi hava gəmisini itirib və ya zədələnmiş vəziyyətdə inventara qaytarıb, onların ümumi dəyərinin isə 3,3 milyard dollara çatdığı hesablanıb. Hesabatda ən çox itkinin 45 MQ-9 Reaper pilotsuz uçuş aparatının payına düşdüyü bildirilir.

Bundan başqa, 12 F-15E qırıcısı, 7 KC-135 tanker təyyarəsi, 4 AH-6 hücum helikopteri və müxtəlif digər hava vasitələrinin də itirildiyi və ya zədələndiyi qeyd olunur. Məlumata görə, müharibə ABŞ-nin strateji raket və bomba ehtiyatlarına da təsir göstərib və müdafiə sənayesinin sursatları eyni sürətlə yeniləmək imkanlarının məhdud olduğu ortaya çıxıb.