"Təhminə" "Zaur"la həqiqi həyatda eşq yaşayıb? -

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa, tamaşaçıların "Təhminə" filmindən tanıdığı Meral Konrat Azərbaycanda yeni filmə çəkilib.

Metbuat.az xəbər verir ki, o, "Elgizlə izlə" verilişində qonaq olub. Aktrisa verilişdə Xalq artisti Fəxrəddin Manafovla bağlı sualları cavablandırıb.

Aktrisa "Təhminə" filmindən sonra Fəxrəddin Marafonla bağlı eşq yaşadığı iddialarını yalanlayıb: "Aramızda heç nə olmayıb. Həmin filmi qəlbdən hiss edərək oynadıq. Elə bir şey yaşanmadı. Çox yaxşı dostuq".

Həmçinin aparıcı Elgiz Əkbər bildirib ki, Meral Konrat Azərbaycanda yaşamaq istəyir. Lakin onun evi olmadığı üçün hələki Azərbaycana köçməyib: "Meral xanım Bakıya köçmək istəyir, burada yaşayacaq. Onun evi yoxdur. Hazırda hoteldə yaşayır. Nə qədər pul qazanmalıdır ki, hotelə pul versin. Bizi eşidirlər, onun pərəstişkarı çoxdur, ev tikən şirkətlər var. Burada yaşaması üçün mənzil lazımdır. İstəyir ki, ölkəmizdə fəaliyyət göstərsin, tələbələr hazırlasın".

Qeyd edək ki, Meral Konrat Azərbaycanda "Elçilik" filminə çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR