Taliska, Poqba, Pulişiç, Di Maria... -

“Qalatasaray”ın marağında olan futbolçuların adları açıqlanıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” Avropa səviyyəsində klub formalaşdırmaq istəyir. Türkiyə təmsilçisi Taliska, Anxel Di Maria, Pol Poqba, Pulişiç kimi oyunçularla maraqlanır. Məlumata görə, “Qalatasaray” futbolçulardan bir neçəsi ilə təmas quraraq onların razılığını alıb.

İspaniyanın “Marca” qəzetinin məlumatına görə, “Qalatasaray” Avropanın nəhəng klublarının da maraqlandığı “Çelsi”nin futbolçusu Pulişiç üçün iddialı təklif hazırlayıb. 24 yaşlı futbolçunun “Çelsi”dən ayrılmaq istədiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR