Bakı. Fuad Cəfərov - APA. Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Daxilİ İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də Biləsuvar rayonunun Xırmandalı kəndində Bakı şəhər sakini İntiqam Bəhramovun idarə etdiyi "Opel" markalı avtomobillə kənd sakini Dəyanət Sahilovun idarə etdiyi "Minsk" markalı motosiklet toqquşub. Nəticədə D.Sahilov hadisə yerində ölüb.
Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.