​Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran razılığa gəldi

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında Tehranın nüvə fəaliyyətini izləmək üçün razılığa gəlinib.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Mariano Grossi açıqlama verib. O bildirib ki, İranın nüvə fəaliyyətlərini izləmək üçün istifadə etdiyi kamera, onlayn ölçmə sistemləri və tullantıların yoxlanılması elementləri hazırda işləmir. Lakin bu sistemin yenidən işlək hala gətirilməsi üçün konsensusa gəlinib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Mariano Grossi İrana səfər edib. Səfər zamanı Grossi İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və İran Atom Enerjisi İdarəsinin sədri Məhəmməd İslami ilə görüşüb. Görüş zamanı təhlükəsizliyin yoxlanılması ilə bağlı əməkdaşlığın gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR