Tanrı ilə "əlaqə yaratmaq" üçün dirəyə dırmaşdılar -

Meksikanın Puebla ştatında qadın "Voladores" dini ritualı zamanı həyatını itirib.

Metbuat.az xəbər verir ki, mərasim zamanı dirəyə dırmaşan qadın 30 metr hündürlükdən dirəkdən yıxılaraq həyatını itirib. Qeyd edək ki, "Voladores" Meksika və Mərkəzi Amerikada müxtəlif etnik qruplar tərəfindən öz tanrıları ilə əlaqə yaratmaq üçün həyata keçirilən ənənəvi ritual kimi tanınır.

Ritual zamanı dirəyə dırmaşan 4 nəfər özünü dirəyə bükülmüş iplərə bağlayır. Onlar havada müxtəlif hərəkətlər edirlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR