​“Real”da ara qarışdı -

Çempionlar Liqasında uğurlu oyun nümayiş etdirən “Real Madrid” İspaniya çempionatında eyni uğuru təkrarlaya bilmir.

Metbuat.az İspaniya mediasına istinadən xəbər verir ki, sonuncu turda “Betis”lə qolsuz heç-heçədən sonra baş məşqçi Karlo Ançelotti ilə klub prezidenti Florentino Peres arasında gərginlik yaşanıb. İddialara görə, Peres Ançelottinin əvvəlki turda Madrid "Atletiko"su ilə 1:1 hesablı bərabərə qaldığı matçdakı heyət seçiminə qəzəblənib. Perez Ançelottidən hansı səbəbə görə ən yaxşı "11-liy"i meydana buraxmadığını soruşub. Təcrübəli baş məşqçi isə qeyd edib ki, sıx qrafikə görə rotasiya edib. İddialara görə, Ançelotti ölkə çempionu olmasa və ya Çemionlar Liqasını qazanmasa klub onu istefaya göndərəcək.

Qeyd edək ki, lider "Barselona"dan 9 xal az toplayan "Real Madrid" hazırda 53 xalla ikinci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR