"Çin Ukrayna böhranında heç bir tərəfə silah verməyib" -

Çin hökuməti Rusiya-Ukrayna müharibəsində heç bir tərəfi silahla təmin etməyib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Ümumçin Xalq Nümayəndələri Konqresinin (parlament) sessiyası çərçivəsində keçirilən illik mətbuat konfransında Çinin xarici işlər naziri Qin Qanq edib. O bildirib ki, Pekin bu münaqişədə onları günahlandırmaq istəyənlərin təhdidlərinə qarşıdır:

"Çin nə bu böhranı ortaya çıxarıb, nə də ona maraqlı tərəfdir. Heç vaxt münaqişə tərəflərinin heç birinə silah verməyib. Nə üçün onlar məsuliyyəti Çinin üzərinə atmağa çalışırlar? Bu, hətta sanksiyalar və təhdidlərə də aiddir. Bu bizim üçün qəbul edilə bilməz"- deyə o deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR