“Diplomatiya İranın nüvə proqramını dayandırmaq üçün əsas üsuldur, lakin Tehran istəksiz yanaşarsa, diplomatiya İranın nüvə proqramını dayandırmaq üçün son variant deyil”.
Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays belə xəbərdarlıq edib. O bildirib:
“Biz hesab edirik ki, bu öhdəliyi yerinə yetirməyin ən effektiv yolu diplomatiyadır. İranın nüvə proqramından irəli gələn problemlərin daimi və yoxlanıla bilən həlli yalnız diplomatiya yolu ilə mümkün ola bilər. Diplomatiya hər zaman birinci seçimimiz olacaq, amma qarşımızda istəksiz bir tərəf varsa, diplomatiya son seçimimiz olmayacaq”.