Türkiyədə prezident və parlament seçkisi mayın 14-də keçiriləcək birinci turu nəticəsiz qalarsa, ikinci tur mayın 28-də baş tutacaq.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkinin mayın 14-də keçirilməsinə dair qərar imzalayıb.