Güney azərbaycanlılardan “Azadlıq və ədalət yürüşü”nə çağırış

"Beş aydan artıqdır ki, İranın adlı siyasi coğrafiyada geniş ictimaiyyət tərəfindən böyük etirazlar səslənir. Vətənimiz Azərbaycanda və İranda yaşayan digər türklər siyasi, iqtisadi, ekoloji fəlakətlərə, ağır vəziyyətlərə məruz qalıblar. Biz, Avropada yaşayan Azərbaycan türkləri bu vəziyyətə səssiz qalmırıq və mitinq keçirməyə hazırlaşırıq. 25 mart 2023-cü il tarixində Avropa vaxtı ilə saat 14-dən 17-dən Brüssel şəhərində Avroparlamentin qarşısında Avropada yaşayan əsasən Güneyli soydaşlarımızın “Azadlıq və ədalət yürüşü” keçiriləcəkdir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Azadlıq və ədalət yürüşü”nün sözçüləri Şərifə CəfəriSaleh Kamrani yayıb.

Qeyd olunur ki, bir neçə həftədir ki, aksiyanın hazırlanması üzrə Koordinasiya Mərkəzi yaradılmışdır və Mərkəzin ardıcıl fəaliyyəti nəticəsində rəsmi Brüssel tərəfindən aksiyanın keçirilməsi xüsusunda müsbət cavab alınmışdır.

"Vətənimizin Quzeyində və Güneyində, qardaş Türkiyədə və dünyanın istənilən nöqtəsində fəaliyyət göstərən media qurumlarına və jurnalistlərə müraciət edərək bu aksiyanın keçirilməsinə hazırlıq mərhələsində media dəstəyi göstərmələrini xahiş edirik"- deyə yayımlanan açıqlamada bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR