Messinin davranışı gündəm oldu -

Çempionlar Liqasında “Bavariya” ilə səfərdə qarşılaşan PSJ-nin futbolçusu Lionel Messinin oyundan sonra qəzəbləndiyi bildirilir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Messi oyundan sonra ondan forma istəyən “Bavariya”nın gənc futbolçusu Musialaya rədd cavabı verib. Məlumata görə, 20 yaşlı futbolçu Messi ilə forma dəyişdirmək istədiyini ifadə edib. Messi isə ona çıxış tunelini işarə edərək, formasını verməyi vəd edib. Messinin çıxış tunelində futbolçuya formasını verib-vermədiyi məlum deyil.

Qeyd edək ki, futbolçular adətən oyun bitəndən sonra bir-biriləri formalarını meydanda dəyişirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR