Ağstafada narkotik satan şəxslər tutulub

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Ağdaş rayon sakini Elşən Şirinov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. E. Şirinovun sərnişin qismində əyləşdiyi avtomobilə baxış keçirilən zaman qara rəngli çantadan 1 kq 120 qram narkotik maddə olan “heroin” və 2 kq-dan artıq olan “marixuana” aşkar edilərək götürülüb.

    Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkoik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan “heroin”, yaşadığı evdən isə “marixana” aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR