Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 448-ə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə "TRThaber" məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.