"Kosovonun müstəqilliyinə imza atan mən olmayacağam"

Serbiya prezidenti Aleksandar Vuçic Kosovonun müstəqilliyini heç bir formada tanımayacaqlarını bildirib.

Metbuat.az xəbər verir ki, Vranye şəhərində xalqa müraciət edən Aleksandr Vuçiç bildirib ki, albanlarla sülh qurmaq istəyir. Vuçiç Avropa Birliyinin də Kosovoda yaradılması tələb olunan Serb Bələdiyyələr Birliyi ilə bağlı müqaviləni imzaladığını və bu razılaşmanın həyata keçirilməsini gözlədiklərini bildirib. "Kosovonun müstəqilliyinə imza atan mən olmayacağam. Belə bir şeyə bəhanə gətirmək üçün Serbiyada gəzməyə utanaram. Təslim olmaq olmaz, biz Kosovonu de-fakto və ya qanuni olaraq tanımayacağıq. Amma biz albanlarla sülh istəyirik və düzgün münasibətlər istəyirik” - Vuçic deyib.

Qeyd edək ki, Vuçic Brüsseldə Kosovanın baş naziri Albin Kurti ilə görüşüb və Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşması üçün Avropa İttifaqının təklif etdiyi razılaşmanı prinsipcə qəbul etdiklərini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR