Son iki ayda DSMF-nin xərcləri 13 faiz çox olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 2 ayında proqnozla müqayisədə 8,2 faiz və ya 75,1 mln. manat çox olmaqla 993,5 mln. manat təşkil edib.

Nazirlikdən Metbuat.az-a verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-fevral aylarında proqnoza nisbətən 11 faiz və ya 76 mln. manat artaraq 747,3 mln. manat olub.

Son 2 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 114 mln. manat artaraq 993 mln. manata çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR