Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Vahan Hunanyan istefa verib.
Metbuat.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.
Hunanyan öz təşəbbüsü ilə istefa verdiyini bildirib.
Məlumata görə, Ani Badalyan Ermənistan XİN-nin yeni sözçüsü təyin edilib.