İranda etiraz aksiyaları yenidən alovlandı

İranda Novruz bayramı ərəfəsində etiraz aksiyaları yenidən alovlanıb.

Metbuat.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bazar ertəsindən çərşənbə axşamına keçən gecə iranlı gənclər Tehran, Məşhəd, Qəzvin və Məlayer şəhərlərinin bir sıra bölgələrində yenidən küçələrə çıxıblar.

Etirazçılardan ibarət kiçik qruplar yürüş edərək hökumət əleyhinə şüarlar səsləndirirlər. Küçələrdə zibil qutuları və avtomobil təkərlərinin yandırıldığı görünür.

Bəzi videolarda gənclərin hökumət binalarına və banklara partlayıcı qurğular atdığı müşahidə olunub.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhər həbsxanasında daha bir azərbaycanlı məhbus Fərhad Nəğizadə həyatını itirib. Bu barədə Nəğizadənin yaxınları və kamera yoldaşları məlumat yayıblar.

Onların sözlərinə görə, kəskin ürək ağrılarından əziyyət çəkən məhbusun xəstəxanaya köçürülməsi və müalicə olunmasına icazə verilmədiyi üçün o, dünyasını dəyişib.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran həbsxanalarında məhbusların intiharı və ölüm hallarının artması ilə bağlı yerli və beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR