"Qalatasaray"dan çılğın transfer

Mövsümün sonunda "Liverpul"dan ayrılmağa hazırlaşan Roberto Firmino "Qalatasaray"a transfer ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “TeamTalk” saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, "Qalatasaray" Firmino üçün ciddi seçimdir. Bildirilir ki, Firmino "Qalatasaray"da özünü evindəki kimi hiss edə biləcək. Xəbərdə bildirilir ki, 31 yaşlı futbolçunun transferində ən mühüm kriteriya Çempionlar Liqasında mübarizə aparacaq komandada oynamaqdır.

Qeyd edək ki, futbolçu ilə “Atletiko Madrid”, MLS və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR