Ermənistanın Sünik vilayətində yol qəzasında ilkin məlumatlara görə, 4 hərbçi xəsarət alıb.

Metbuat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.

    Qəza Sisian-İşxanasar avtomobil yolunda baş verib və hazırda hadisənin təfərrüatları araşdırılır.