Ermənistanda 15 hərbçinin ölümünə görə komandir həbs edildi

Ermənistanda yanğın zamanı 15 hərbçinin ölümündə təqsirləndirilən kapitan Yeqişe Akopyan iki ay müddətinə həbs edilib.

Metbuat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.

Qeyd edək ki, yanğın yanvarın 19-da saat 01:30 radələrində Qeqarkunik rayonunun Azat kəndindəki kazarmada baş verib. Nəticədə 15 çağırışçı həlak olub, daha 7 nəfər xəstəxanaya aparılıb.

Cinayət işinin materiallarına görə, Akopyan kazarmadakı sobanı benzinlə yandırıb və bu da yanğına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR