“Neftçi”nin müdafiəçisi Gürcüstan millisinə dəvət olunub

Bakının “Neftçi” klubunun müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.

Metbuat.az kluba istinadla xəbər verir ki, 31 yaşlı futbolçu martın 25-də Monqolustanla yoldaşlıq görüşünə, ayın 28-də isə Norveçlə “Avro-2024”ün seçmə mərhələ matçına çağırılıb.

Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 47 oyun keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR