Ərdoğan ilk iftarını zəlzələ bölgəsində açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk günündə zəlzələ bölgəsinə səfər edəcək.

Metbuat.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, Kahramanmaraşa yola düşəcək.

Bildirilib ki, burada Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olacaq.

Həmçinin Türkiyə prezidenti zəlzələdən zərər görmüş yerli sakinlərlə birgə ilk iftarını Kahramanmaraşda açacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR