Blinken Putinin ABŞ-da həbs edilməsi ehtimalını şərh etdi

ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini şərh edərkən qeyd edib ki, onun ölkəsi quruma üzv deyil.

Metbuat.az xəbər verir ki, o, bu barədə ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.

Senator Lindsi Qrem Blinkenə müvafiq sual verib və Putinin ABŞ-a gələcəyi təqdirdə həbs olunmasını istəyib.

“Biz Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyilik” deyən Blinken Putinin hələ ABŞ-a səfər etməyi planlaşdırmadığını bildirib.

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verib.

Qeyd olunub ki, bu şəxslər əhalinin, xüsusən də uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiyası və köçürülməsindən ibarət olan hərbi cinayətlərdə iştirak edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR