101 metr məsafədən vurulan möhtəşəm qol -

Çilinin "Kobresal" klubunun argentinalı qapıçısı Leandro Requena öz qapısının sahəsindən möhtəşəm qola imza atıb.

Metbuat.az xəbər verir ki, o, "Kolo-Kolo" ilə Çili çempionatının oyununun 77-ci dəqiqəsində güclü zərbə endirib. Requenanın qolu 101 metr məsafədən olub. Bu o deməkdir ki, sözügedən qol mütləq rekord qıra bilər. Daha əvvəl rəsmi oyunlarda qol vurulan ən uzaq məsafə 96,01 metr ("Nyuport"dan Tom Kinq) idi. Klub sözügedən qolu Ginnesin Rekordlar Kitabı üçün təqdim edəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR