Yüksək temperatur, bədəndə ağrılar -

Son günlər insanların çoxu boğaz ağrısı, yüksək temperatur, bədəndə ağrılar kimi simptomlarla özünü göstərən xəstəlikdən əziyyət çəkir.

Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova Metbuat.az-a açıqlamasında bildirdi ki, hazırda bu simptomlar influenza virusunun əlamətləridir. Onun sözlərinə görə, bayramla əlaqədar olaraq bu virusa yoluxmada artım qeydə alınır:

"Son ay ərzində müraciət edən xəstələr arasında boğaz ağrısı, yüksək temperatur və bədəndə ağrı, alında ağrı, gözlərdə ağrı şikayətləri qeyd edilir. Lakin bu gedişat ötən ilin noyabr ayından etibarən başlanan influenza (qrip) virusuna xarakter əlamətlərdir. Son aylarda hətta bu xəstələr azalmışdı. Bayramla əlaqədar insanların kontaktının artması səbəbi ilə yenidən xəstəlikdə artış qeydə alınmağa başlayıb".

İnfeksionist qeyd edib ki, hazırda yayılan bu virusun koronavirusa aidiyyatı yoxdur, COVID-19-da hər hansı artım qeydə alınmayıb: "Koronovirusa yoluxma hazırda ölkəmizdə sporadik(tək-tək) hallar kimi mövcuddur. Yoluxmada artış tendensiyası hazırda qeyd edilmir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı