Xankəndindəki separatçı rejim Azərbaycan ekologiyasına və iqtisadiyyatına qarşı yeni terror aktına başlayıb.
Metbuat.az xəbər verir ki, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarət arealında olan ərazilərdə elektroenerji istehlakını dəfələrlə, sürətlə artıran separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini aşağı salıb.
Rejimin başçısı Araik Arutyunyan bəyan edib ki, Sərsəng su anbarında "yaranmış vəziyyətlə əlaqədar olaraq" Azərbaycanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarında 96 min hektar əkin torpaqları suvarılmadan məhrum olunacaq.