"ABŞ ordusu Tehrana qarşı bir çox hərbi variant hazırlayıb”

“İran nüvə silahı yaratmaq qərarına gələrsə, ABŞ ordusu Tehrana qarşı istifadə olunacaq bir çox hərbi variant hazırlayıb”.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi general Mark Milley belə deyib. O bildirib ki, İran bölgədə qeyri-sabitliyə səbəb olan fəaliyyətlərlə məşğul olur və ABŞ əsgərlərinin yerləşdiyi bazalara hücumlarını davam etdirir. Milleyin sözlərinə görə, İranın nüvə silahları üçün lazım olan materialı iki həftədən az müddətdə əldə edə biləcək. Milleyin bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə mane olmaqda qərarlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR