Rusiya səfiri İsveç XİN-ə çağırıldı

Rusiyanın Stokholmdakı səfiri İsveç XİN-ə çağırılıb.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb rəsmi Moskvanın NATO-ya üzv olduqdan sonra "qanuni hədəf" olacağı barədə açıqlamaları olub.

Bildirilib ki, Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırmaqda məqsəd daxili işlərə aşkar müdaxilə cəhdinə etiraz etməkdir.

Qeyd edək ki, İsveç 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğal hücumundan qısa müddət sonra NATO-ya üzv olmaq arzusunu açıqlayıb və bu prosesi bu il başa çatdıracağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR