Qəzza ilə bağlı sülh danışıqları bərpa olunacaq - Blinken

ABŞ-ın dövlət katibi Antoni Blinken Yaxın Şərq turu çərçivəsində Qətərin paytaxtı Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Baş nazir və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.

Metbuat.az xəbər verir ki, tərəflər regional və qlobal hadisələrlə yanaşı, Yaxın Şərqdəki son vəziyyətin, xüsusilə də İsrailin Qəzza və Livanda davam edən hücumlarını müzakirə ediblər. Görüş zamanı bölgədəki münaqişələrin dayandırılması və humanitar yardımların çatıdırılmasının vacibliyi vurğulanıb. Qətərin Baş naziri Əl Tani ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında Blinken Qəzza ilə bağlı sülh danışıqlarının bərpa olunacağını ifadə edib. Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs danışıqlarında iştirak edən tərəflər yenidən bir araya gələklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı