Azərbaycanın 16 yaşlı "megalodon"u qızıl medal qazandı - VİDEO

Türkiyədə təşkil olunan muay-tay üzrə Avropa birinciliyi istedadlı idmançımız, "Megalodon" ləqəbli Emili Rzayeva zəfər qazanıb.

Metbuat.az xəbər verir ki, 67 kq çəki dərəcəsində qüvvəsini sınayan E.Rzayeva yarışın həlledici görüşündə türkiyəli İclal Akgünə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbəsi ilə 16 yaşlı Emili turnirdə ölkəmizə yeganə qızıl medalı qazandırıb.

Məlumat üçün bildirək ki, Ankarada təşkil olunan qitə birinciliyində təmsilçilərimiz 6-sı gümüş və 10-u bürünc olmaqla ümumən 17 mükafata yiyələniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR