Aleksander Çeferin yenidən UEFA prezidenti seçildi

Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.

Metbuat.az xəbər verir ki, 56 yaşlı sloveniyalı funksioner bu posta yeganə namizəd olub.

O, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci UEFA Konqresində 4 illik müddətə yenidən seçilib.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən Avropa futbol qurumunun rəhbəridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR