Salyanda 4 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri -

Xəbər verdiyimiz kimi, Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisindəağır yol qəzası olub.

Son məlumata görə, "KamAZ" markalı yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.

İlkin məlumata görə, "Hyundai Accent" markalı, 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı, 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində "Hyundai Accent" avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb.

Qəzada ölənlərdən ikisi - 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı, 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı Neftçala rayon sakinləridir. Hadisə nəticəsində 2020-ci il təvəllüdlü Bayxan Bağırov çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Ölən digər şəxsin kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Metbuat.az "APA TV"nin hazırladığı reportajı təqdim edir:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR