Makron yenə də lağ obyekti oldu - Fransa liderini yaxına buraxmırlar / FOTO

Pekində Çin sədri Si Cinpin, Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında üçlü görüş olub.

Metbuat.az xəbər verir ki, görüşə liderlərin əyləşdiyi masa damğasını vurub. Dəyirmi masanın olduqca böyük olması və liderlərin Çin sədrindən uzaq məsafədə qalması diqqət çəkib. Bu mənzərə Rusiya Prezidenti Vladimir Putinin Makrona münasibətini xatırladıb.

Qeyd edək ki, Moskvadakı görüş zamanı Putin Makronu iri masada əyləşdirirək, özündən uzaqda saxlamışdı. Rusiya bunu pandemiya şərtləri ilə əlaqələndirsə də, analitiklər bəyan etmişdi ki, Putin bu həmləsi ilə Qərblə münasibətini ortaya qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR