Rusiya Türkiyədəki prezident seçkilərində kimi dəstəkləyəcək? -

Xəbər verdiyimiz kimi Ankarada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Metbuat.az xəbər verir ki, mətbuat konfransında Lavrova Türkiyədə 14 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı sual ünvanlanıb. Lavrov ABŞ-ı işarə edərək suala belə cavab verib:

"Məni heç kimlə səhv salmadın, eləmi? Rusiya heç kimin daxili işlərinə qarışmır. Biz seçki proseslərinin bir parçası deyilik. Onlar həmişə öz demokratik prosedurlarını qanuna uyğun şəkildə həyata keçirirlər. Bu, suveren ölkənin öz işidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR